Baba Pünhan. Acı həqiqət
Keçmişi üç nöqtə olub...
Bü
mücərrəd qurumun keçmişi üç nöqtə olub,
Biri
bir nöqtə olubsa, beşi üç nöqtə olub.
Neçə
yol baş dəyişib, şapka həmən şapka qalıb,
Papağı
şapkalanan çox kişi üç nöqtə olub.
Qarabağ
taleyini Bermuda oxşar eləyən,
O
səbəbdir ki, onun keçmişi üç nöqtə olub.
Başı
yoxdursa da baş qoşmağa məcbur olunub,
Verilən
əmrə görə təftişi üç nöqtə olub.
O
zamandan ki, dönüb qarğışa dillərdə dua,
Ulu
şahlar da əsib, təşvişi üç nöqtə olub.
Zamanın
Sahibi Pünhan, yetirincə özünü,
Üzü
dönmüş fələyin gərdişi üç nöqtə olub.
12
avqust 1999. Bakı.
Gülsün bu yaltaq dişlərim
Bir
zamanlar dağ çəkərdi zənciyə dağ dişlərim
Həm
günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Ac
günümdün doymuşam, tox günümçün acmışam,
Çeynəmir zəncirdən özgə heç bir ərzaq dişlərim.
Hansı
gün ki, sözlərim partlar qəzetdə «bomba» tək,
Bax,
həmən gün partlayar həm ağzım, həm çağ dişlərim.
Daxili
orqana bizdə «Daxili İşlər» baxır,
Söz
ağzından düz çıxanda az qalır sağ dişlərim.
Boş
cibimdə ac siçanlar oynayan bir dövrdə,
Tərsliyindəndir işin ancaq kəsir yağ dişlərim.
Az
qalıbdır ki, amerkanla dilim ortaq ola,
Böylə
getsə, vacib işdir olsun ortaq dişlərim.
Diş
dibindən çıxdığın qoymur boşaldım Az.TB
İqtidara
istəyir gülsün bu yaltaq dişlərim.
Çox
şükürlər lax dişimdən sözlərim lax çıxayır,
Laxladar
bir gün yerindən çoxların lax dişlərim.
Min
təşəkkürlər ki, Pərviznən, Riad doxtur mənim
Qoymadı
«Qulp»dan görünsün xalqa axmaq dişlərim.
Yağ
kəsən dişlər səni qoy etməsin heç arxayın,
Dişləyər
, Pünhana kim göstərsə barmaq, dişlərim.
6
sentyabr 1999. Bakı.
Xırda-xırda
Çən
bürüyür gülşəni xırda-xırda,
Güllə
atır erməni xırda-xırda.
Şumda
çürütsəydik əgər haqq-hesab
Verməz
idik xırməni xırda-xırda.
Milli
vəkillər o zaman gənc idi,
Pir
olub, artıb sini xırda-xırda.
Ustula
girdi, geri çıxmır daha,
Yana
girir çün eni xırda-xırda.
Ustulu
dar olsa da gendir cibi,
Genlərə
keçmiş geni xırda-xırda.
Biz dəli
şeytana papış tikmişik,
Fırladırıq həm çini xırda-xırda.
Kəbədə
biət eləyib İslama,
Kubədə
boğduq dini xırda-xırda.
«Maksi»lərin razrezi çıxmış belə,
Bellərə
qalxmış «mini» xırda-xırda.
Parələnibdir Günəşi yurdumun,
Qarəlinibdir günü xırda-xırda.
Haqqı
çəkib çarmıxa, öldürmüşük,
Haqqa
oxu «Ya-Sini» xırda-xırda.
Borc
elə, Pünhan kəfən al az qalıb,
Doğrayacaqlar səni xırda-xırda.
23 aprel
1997, Bakı.
Ölümün içində
Aylarım
itdi, ilimin içində,
Bitli
tikanlar dilimin içində.
Qanlı
içimdən çölümə axdı qan,
Qanlı
göl oldu, çölümün içində.
Xaricə
köçdükcə el əskikləşir,
Əskiyi
çoxmuş elimin içində.
Kimsə
belin torpağa sancmır içində.
Qurd
yuva salmış belimin içində.
Qara
nöyüt xaricə sel tək axır,
Qara
fikir var selimin içində.
Mavi
Xəzər sehrdə, tilsimdədir,
«Bermud» oturmuş gölümün içində.
Vergililər baxdı mənim bəxtimə,
Xətti-cihadım əlimin içində.
Saldılar axır məni qanqallığa,
Gəzdi
Amerkan gülümün içində.
Hər
yeri gəzdim Babanı tapmadım,
Ömr
sürürmüş ölümün içində.
25
avqust 1997. Bakı.
Milli zibildən danışım
Məni
göndər ABŞ-a, dərdimi dildən danışım,
Bürüyən məmləkəti milli zibildən danışım.
Ora
ixrac eləyim Azərbaycan zibilin,
Bura
göndərdiyinə qoyduğu güldən danışım.
O
zibillər ki, keçir bizdə nəsildən-nəsilə,
Çox
üfunətli olur, mən bu nəsildən danışım.
Gələcək nəslimizə rüşvəti, korrupsiyanı,
Necə
təlqin edirik, bax bunu zildən danışım.
Yeni
bir əsr gəlir – əsl müsəlmana gəlir.
Bu
yeni dövrə zibilnən keçən eldən danışım.
«Daleko» getmədi ölkəm «şirako» addım ilə.
«Şirako»dan çölə çıxmış «babasil»dən danışım.
Bu
müqəddəslər olan torpağa NATO nə gərək?
Qarışar neftə barıt, böylə fitildən danışım.
Danışım, «vauçer»i əldə, zibillikdə gəzən,
O
gözüyaşlı, başıdaşlı tifildən danışım.
Zibil
üstündə yatan arxalı milçəklərdən,
Zibil
altında qalan cüssəli fildən danışım.
Müstəqilik olanı fərdi zibillər çoxalıb,
Bunu
hakim necə örtür? Bu qəbildən danışım.
Oxunub surə, çatınca Zamana Sur səsi,
Sənə
Pünhandakı səs-küylü təbildən danışım.
13
fevral 1999. Bakı.

Güc üçümüzdən çıxar
Hər
nə çıxar yaxşı pis, öz içimizdən çıxar,
Düşməni dəf etməyə, güc gücümüzdən çıxar.
Erməni öz ülgücün, boynumuza çox çəkib,
Gün
gələr inşəlla ki, ülgücümüzdən çıxar,
Heyf
paxıllıq kimi, heyvərə xislət bizim,
Daxilimizdən girib, xaricimizdən çıxar.
Ömrü
boyu gic deyib, erməni alçaq bizə,
Bicləri ram eyləmək gicgicimizdən çıxır.
Nola
«mənəm» yox, «mən» ol, mən də dönüm «sən» olum,
Bir
də əgər olsa «o» güc üçümüzdən çıxar.
Umma
Ərəb, Türkiyə, ya ki, İrandan kömək,
Gərçi
müqəddəs bizim «İflic»imizdən çıxar.
Tikmə
saraylar, daşı sovrulacaq göylərə,
Haqq
olana daxmalar, kərpicimizdən çıxar.
Çox
hacılar verdi söz, Pünhana imdad edə,
Axırı
bildim, bu şey pak həcimizdən çıxar.
20
may 1997. Bakı.
İlandan ilana
Dağılıb ölkə tamam, düşdü talandan-talana,
Yanıb
ağzımda dilim, bişdi yalandan-yalana.
Mənə
«von!- von! dedi, canan parasız vaxtımda,
Mənə
can-can dedi, ancaq pul olandan-olana.
Kasıb
hər dövrdə, zər əhlinə eşşəklik edib,
Dövr
keçdikcə olub fərq palandan-palana.
Özünü
yolda, prospektdə satan bir ananın,
Qızı
əlbəttə girər, gündə dalandan-dalana.
Quru
əncir kimi Lenin qurudu, çəkmədik əl,
Rənglədik dahimizi, rəngi solandan-solana
İblisin
qətli üçün göydə planlar cızılır,
Leyk,
hər dəfə qalır məhvi plandan-plana.
Pullu iş
harda olursa, çağırır əcnəbini,
Bizə
təklif edir, iştatı dolandan-dolana.
Nə
qədər dövlətin üstündə ki, şahmar uyuyar,
Keçər
o dövlət əsrlərlə ilandan-ilana.
Bürcüm Əqrəb, dilim aqu, qələmim neştərdir,
Çalaram hər kəsi, Pünhanı çalandan-çalana.
18
yanvar 1998. Bakı.
Üzü dördkünc kimi
Sözümün əksi-sədası qopacaq sinc kimi,
O
zaman səs qoparar söz ki, tutar pinc kimi.
Kiminin qəddi bu dövrana sual tək əyilib,
Kiminin qəddi nidadır, üzü dördkünc kimi.
Sexinin həcmi böyük, nəfsi sexindən də böyük,
Çörəyin həcmi kiçikdir, içi də linc kimi.
Bığının tükləri bir yorğanı rahatca görər,
Keçirib barmağına «lifçiyi» yelpinc kimi.
Bura
zor ilə qovub, burda da mitinqə qovur,
Qoymayır xalq eləyə alverini dinc kimi.
İncələr inciməsin qoy bu kobud qafiyədən,
İncilər inci düzər, mən deyiləm inci kimi.
Nə
gəlir ağlına Pünhan köçürür ağ varağa,
Bu
qəzəl aləminə gəldi o nadinc kimi.
29
mart 1997. Bakı.
Pünhanı ustada satım
Səni
ey mülki-vətən, istəyirəm yadə satım,
Neçə
milyardı olan bir gözəl arvadə satım.
Ataatdır, satasatdır, batabatdır, batırıq,
Batırınca satırıq, yet bizə imdada satım.
Kazinodan çıxarım mamlı-matan Leylimizi,
Başına tac qoyum, xaricə şahzadə satım.
Ey
Koroğlu, o bığından mənə bir çəngə yetir,
Onu
bıqsız kişiyə, bir tükün həştadə satım.
Şirini istəsə Fərhad, ona dəllallıq edim,
Onu
Xosrovdan alım, pul ilə Fərhadə satım.
Adam
öldürməyə könlün var isə, alma naqan
Gəl
ucuzvari sənə, zəhr ilə badə satım.
«Ay
alan məmləkəti – Rey satıram» sözlərini
Mən
yüz ildən sora, qoy bir də salım yadə, satım.
Deyirəm yaxşı ki, bu cism ilə can ayrı imiş,
Canı
Allaha verim, cismi bu dünyadə satım.
Mənim
ustadımı kim tapsa, yan alsın yanıma,
Bəlkə
bir yaxşı pula, Pünhanı ustadə satım.
13
iyul 1997. Bakı.
Az.TV
Bu
riya dünyasına ən yaxşı meydan Az.TB.
Ev
qurub antennasında sanki şeytan Az.TB.
Bir
müxalif bəndənin yox ixtiyarı, söz desin,
Haqq
sözün car etməyə, heç verməz imkan Az.TB.
Kim
raket yığmaqda, kim konsert oyun göstərmədə
Kefdə
olduqca müsəlman, güldü Bartan Az.TB.
Kimsə
yaymaz İslamın ali, gözəl qanunların,
Yan olur
neyçün müsəlmandan bu ekran Az.TV.
Bilsə
Quranı gəlin, qız, bir qədər abrın güdər,
Dərdli
xalqın qızları, görsənməz üryan Az.TB.
Yarımçılpaq qızların meydanıdır ekranımız,
Dəhrdə
ünvanımız, amma müsəlman Az.TB.
Az TB
göstərməyir heç vaxt, açıq bir məhkəmə,
Xəlq
bilsin dostu kimdir, kimdi düşman Az.TB.
Yetmiş
il «şalban»ı göstərdi iməclik günləri,
İndi də
möhkəm durub üstündə şalban, Az.TB.
Gün
gələr min-min həqiqətlər görər ekranda xalq,
Bir
zaman ekranına, yol açsa Pünhan, Az.TB.
23 mart
1997. Bakı.

Evdə qalıb qızdanıb
Milli
ürəklər buz olub, buzdanıb,
Dilli
«mələk»lər sus olub, susdanıb.
Oğlanımız sürmə çəkəndən bəri,
Qızlarımız evdə qalıb, qızdanıb.
Abi-şorandan çoxu şəkkər tutub,
Abi-şoran əhli özü duzdanıb.
Sönsə
də bəxt ulduzumuz qəm yemə,
Bayrağımız zövq ilə ulduzdanıb
Sərvətin üstündə ilanlar yatıb,
Marın
əliylə neçə mur «tuz» danıb.
İçmədi səndən bu gözüm zərrə su,
İçmədiyindəndi gözüm tozdanıb.
Dağı
satıb, bağı alandan sora,
Bağda
qumumtək sifətin bozdanıb.
Ağ
kişini arvadı «neqır» doğub.
Beynə
sızıb qan, kişi nevrozdanıb.
Pünhanı dəfn eylə ayaq üstə ki,
Mülk
salınıb hər yerə, yer azdanıb.
8
iyul 1997. Bakı.
Belədir ki, hələ ki...
Özünü
yorma, əzizim, belədir ki, hələ ki,
Kişilər nakişələrçün kölədir ki, hələ ki.
İlimiz tək, öxümüz də elə dovşan kimiyik,
Bizi
bu gürzə ilanlar mələdir ki, hələ ki.
Teleşirkətlər içində əsas ekranımızın,
həvəsi, istəyi yaltaq dilədir ki, hələ ki.
Elin
ağzında tüpürcək də acından quruyub,
Onun
ağzındakı, əla lülədir ki, hələ ki.
Çağırın mollanı bu kəndlərə «Yasin» oxusun,
Dirilər icrə kəfənli Xilədir ki, hələ ki.
Çilə
bizlərdə çıxar onki ilə, qırx günə yox,
Bu elin
vergisi artar, çilədir ki, hələ ki.
Döşək
altında qaçanlar, döşənib dağ döşünə,
Kişilik
rəmzli bığlar, şələdir ki, hələ ki.
O zaman
Kərbübəla idi Hüseynin səfəri,
Bu səfər
Kərbübəladan kölədir ki, hələ ki.
Ümüdüm
Məhşərədir, Qaimədir, leyk sənin.
Onu
əfsanə sayan cahilədir ki, hələ ki.
17 aprel
1999. Bakı.
Gözündəki fənarı gör
Yıxıl
acından öl, uzan, yuxunda iqtidarı gör,
Dedikləri qərara bax, yedikləri naharı gör.
Nə verdi
bu qurum sənə, dedin ki, sözlə boş çənə,
Dubinkadan qalan mənə, başımda yadigarı gör.
Hüquqi
dövlət olduğun, bu yurdda bilmək istəsən,
Bizim bu
jurnalistlərin gözündəki fənarı gör.
Üzündə
yox abır-həya, boyun yoğun, sifət qaya,
Saman
çöpün basar çaya, samanı çayda sarı gör.
Gün
üstünə çöküb gecə, biçin işi düşüb gicə,
Nöyütlə
tank gəlir küçə, ötüb keçən qatarı gör.
Hesaba
kölgələr salıb, hesabda bölmələr qalıb,
O
bölgədə bazara bax, bu bölgədə azarı gör.
Düşək
yola Qarabağa, ayaq açaq o torpağa,
Qayıt,
desə polis qağa, ürəkdəki qərarı gör.
Mənim
canımda el canı, mənim qanımda el qanı,
Mənim
özümdə Pünhanı, sözümdə aşikarı gör.
10
avqust 1999. Bakı.
Hamı cığal içindədir
Əl əli,
əl də üz yuyur – ölkə zaval içindədir,
İynə
çuval içindədir, xəlq sual içindədir.
Qoydu
firəngi kölgədə, yaydı zinanı ölkədə,
Qızları
mini yubkədə, gündə sığal içindədir.
Parələri
Turandadır, surələri Qurandadır,
Siqələri
İrandadır, molla vüsal içindədir.
Fikrə
xəyala çox dalıb, qeyl ilə qala əmr alıb,
Yurdun
içində yurd salıb, özcə amal içindədir.
Salmadı
qardaşın saya, qardaşı sanki bir qaya,
Uçdu
Dubaya, bay-baya, bakirə hal içindədir.
Gizlicə getdi söhbətə, söhbəti döndü rüşvətə,
Axırı
çatdı şöhrətə, indi medal içindədir.
Dostdu-tanışdı bilmirəm, hamı cıqal içindədir.
Yandı-yanışdı bilmirəm, hamı cığal içindədir.
Öldü
bu ölkə basdırın, üstünə böylə yazdırın,
«Torpağı qal içindədir, xaini bal içindədir».
Rəngdü, rəng, rəngdü, axırı cəng cəngdü,
Ləngdü, ləng, ləngdü, ölkə topal içindədir.
Axırı
kama çatdılar, Pünhanı DİN-ə satdılar,
Ağı
qaraya qatdılar, saçları çal içindədir.
7
oktyabr 1997. Bakı.
Qələm varağı yandırar
Əsilli qız gəlin gələr-gələr ocağı yandırar.
Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.
Oğul
gərək çəpər ola, gəlin – ana arasına,
Əgər
çəpər alov tuta, o bağ bu bağı yandırar.
Oğul
verərsə arvadın ayağına, anasını,
Bu
dərd ilə ölən ana, qəbirdə ağı yandırar.
Qızı
alanda yaxşı bax, anası gər xanımdır, al,
Xanım
qızı xanım olar, sönən çırağı yandırar.
Alanda dürr al söyün, gəlin dayağıdır öyün,
Əgər
olarsa ərköyün, tavada yağı yandırar.
Gəlin
ki, bihəya olar, əri saralmamış solar,
İçi-içində od salar, çölü-qırağı yandırar.
Sizə
gülüş verən sözüm, qubarıdır bu Pünhanın,
Gözündə yaşlar olmasa, qələm varağı yandırar,
3
aprel 1997. Bakı.
Nəyimə gərəkdir Qarabağ?!
İki
bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,
Bura
dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.
Qıdı
Kirvəm də mənimlə qapı bir qonşu düşüb,
Vururuq gündə araq – nəyimə gərəkdir Qarabağ.
Deyirəm, yaxşı ki, çox qurdalamırlar bu işi,
Dolanır arvad-uşaq – nəyimə gərəkdir Qarabağ.
Yekə
dağlar ətəyindən tutan alçaq təpəyəm,
Təpədəndirsə maraq – nəyimə gərəkdir Qarabağ.
Onun
hərbində də, sülhündə də sirlər görünür,
Qalanır sirli ocaq – nəyimə gərəkdir Qarabağ.
Demə,
yüzlərlə «mataq»lar dolaşırmış Bakıda,
Bakıda varsa «mataq» – nəyimə gərəkdir Qarabağ.
Binədə, Maştağada çox yeri zəbt eyoəmişəm,
Ni
dinir dil, nə dodaq – nəyimə gərəkdir Qarabağ.
Kimisi atəşi kəsdi, kimi düşmən qulağın,
Xatası məndən uzaq – nəyimə gərəkdir Qarabağ.
O
qədər səbr edirik ki, dığa həll etsin işin,
Sümüyə çatası bıçaq – nəyimə gərəkdir Qarabağ.
Demə,
Pünhan, Qarabat bir də gərəkdir nəyimə,
Yaşıla, qırmızıya, göyümə gərəkdir Qarabağ.
20
aprel 1998, Bakı.
Yadımdan çıxıb
Millətimin halı yadımdan çıxıb,
Qəm
oxuyan valı yadımdan çıxıb.
Yaxşı
güzaranlısı dövrəmdədir,
Fağırı, hambalı yadımdan çıxıb.
Yerlilərim sıx meşə tək köklənib,
Hansıdı çaqqalı yadımdan çıxıb.
Ac-yalavaclar gözünü silməyə,
Bir
qoşa dəsmal yadımdan çıxıb.
İsti
yatağımda qızırkən canım,
Əsgərin ədyalı yadımdan çıxıb.
İndi
xiyardan, banana keçmişəm,
Bağdakı şaftalı yadımdan çıxıb.
Türk,
ərəb musiqisin dinlərəm,
Rastımın üzzalı yadımdan çıxıb.
Məhbəsi-zülmətdə günahsızların,
Zənciri, qandalı yadımdan çıxıb.
Nəslim üçün çox qabağı görmüşəm,
Çox
qabağın dalı yadımdan çıxıb.
Sən Baba
Pünhanı unutsan da gəl,
Bir demə
saqqalı yadımdan çıxıb.
23
avqust 1997, Bakı.


Baxmaz yaşa daş
Neçə
illərdi yazır ölkədə başdanbaşa daş,
Belə
getsə, basacaq başları başdan-başa daş.
Daşı bir
yerdən atırlar bölünür daş ikiyə,
Bu daşın
sirrin açanda dəyəcək sirdaşa daş.
Yuxarı
zümrələrin gizli şüarı belədir:
«Bu avam
xalq oyananda yaşa qənbər, yaşa, daş!»
O
zamandan ki çəkiblər bizi meydan üzünə,
Bax o
gündən də salıblar aşa daş, bozbaşa daş.
Daşı
atdın yekəsin at, arama xırdasını,
Yekə
daş olsa, çətin ki, yekəbaşdaş aşa daş.
Qarabağ Azərbaycanımızın tək qaşıdır,
Qaşa
göz dəydi, o gün ki, yağı atdı qaşa daş.
Yenə
aləm, yeni Adəm, yeni Həvva gələcək,
Olacaq Kəbə daşı Kubə daşıynan qoşa daş.
Demə,
Pünhan, sənə atmaz daşı, ağsaqqalsan,
Şoru
balnan bir olan ölkədə baxmaz yaşa daş.
13
sentyabr 1999. Bakı.
Dəf, dumbula girdi
Azadlığa çıxdıq, hərə bir cür yola girdi,
Quldur mala, puldar pula, muzdur çula girdi.
Mədhiyyəçilər şöhrətə, mənsəblərə çatdı,
Fürsətdə, məqamda hərə bir ustula girdi.
Qanun
bizi qorxutmaq üçünmüş, nə bilim mən,
Qorxutdu bizi leyk özü, puldan pula girdi.
Yardımları toylarda şabaş eylədi məlun,
Əllər
göyə qalxdıqca,ayaqlar «pola» girdi.
Vaxtında başın kəsmədik, o, meynələrin biz,
Kol-kos bağı basdıqca, uzandı kola girdi.
Nazir
qapısı yaltağa daim açıq oldu,
Nazir
qolu qoyduqca, o qoldan-qola girdi.
Sərvət yiyəsi səbri bizə tövsiyə etdi,
Ellər
çöpə döndü, özü şişdi rula girdi.
Yüz
dəf yığıla bir yerə, dumbul səsi verməz,
Dumbul səsi yığdı, sora dəf dumbula girdi.
Tülkü
şiri taxtdan elədi, şir belə getdi,
Meymunların icmasına indi tula girdi.
Kim
tikdi, kimin boynuna qoydu, nə işim var,
Amma
kələfin bir ucu İstanbula girdi.
Göylər yerə endikcə dəyişdi Baba pünhan,
Çaşqın qalan hər kəs dedi Pünhan rola girdi.
10
mart 1998. Bakı.
Heyrət, ey bit!
Heyrət, ey bit, başda çövlanın keçal eylər məni,
Ta
ki, sən varsan cəmaət çox sual eylər məni.
Tək
mənim başımda gər, dəlləklik etsən dinmərəm,
Millətə dəlləkliyin çox xəstəhal eylər məni.
Bit
basıbdır əsgəri, əsgər bitə qulluq edir,
Bitlərin dövranıdır, bitlər zaval eylər məni.
«Bitpərəst» olmuş didərginlər çadırlardan qaçar,
Üz
tutarlar şəhrə, qoymazsam, cığal eylər məni.
Şırdanım şordan çıxıb, gordan xəbər yoxdur hələ,
Get-gedə hiss eylərəm, tale motal eylər məni.
Üstü-başım bit, günüm it, səbr ilə ömr eylərəm,
İqtidarım xoş günü sərsəm-misal eyləp məni.
Mən
təmiz bir bəndəyəm, zalım fələk bilməm nədən,
Kafir
əlnən cırtmalanmış bir qaval eylər məni.
Bir
zamanlar qalmaqal etsəm, əgər tən etməyin,
Az.TB-nin məhdi, sovqi-qalmaqal eylər məni.
Pünhanam, mən haqq sözümlə çox nahaqlar sancmışam,
Gün
gələr sancdıqlarım, sancıb medal eylər məni.
14
mart 1997. Bakı.
Rita Racından qırılar
Elə
bir dövr gələr hamı acından qırılar,
Bəşərin səbri daşar, şah tacından qırılar.
Kasıba tutduğun əldən tutar Allahın əli,
Kasıba tutmadığın əl ağacından qırılar.
Qayıdar Həzrəti İsa ilə Sahib Zamanım,
Bəşər
İslama gələr, kilsə xaçından qırılar.
O,
Zamandır, o amandır, o gümandır, odur haqq,
Ona
Haqq söyləməyən, son əlacından qırılar.
Ürəyi
qanə dönər qansıza səcdə edənin.
Bütün
inkarı çatar, Rita Racından qırılar.
Neçə
şahlar oturub iynə ucunda, Pünhan,
Gələr
inşalla o gün, iynə ucundan qırılar.
15
oktyabr 1999. Bakı.
Erməni arvadı var
Səndə
Çaplindən füzun, artistlik istedadı var,
Əsl
artist sənsən, o Çaplinin ancaq adı var.
İblis
oddan olduğuyçun, düşdü odlar yurduna,
Gördü, nəslindən bu yurdda «N» qədər övladı var.
Ta
ki, sandıqlar açıldı, gəldi pambıqlar yerə,
Bildi
ellər, pambıq ilə baş kəsən cəlladı var.
Şirin
üçün dağ çapan Fərhad acından an verir,
Şirinin, ondan xəcalətdən qaçan Fərhadı var.
Gör
neçə illər keçib, zalım unutmur, «Əsli»ni
Eşqə
bir bax, indiyəcən erməni «arvadı» var.
Pusdular, pusdurdular, axır tutub susdular,
Örtdülər, basdırdılar, qəbrində hər abadı var.
Tayfabazlar rəqsinə gir, sən də bir beldən yapış,
Söykə, həm söykən, desinlər milli bir «lambadı» var.
Pünhanam, haqq sözlərimlə, haqq ziyasın paylaram,
Ol
kəsə düşməz bu paydan kim, onun «həmzadı» var.
10
fevral 1999. Bakı.

Boyunlar darə öyrəndi
Bizə
dərd üz verən gündən, hərə bir çarə öyrəndi,
Bakı
köç etdi bulvardan, gələn bulvara öyrəndi.
O
gündən ki, oğullarımız tutub üz cəbhədən qaçdı,
O
gündən də bizim qızlar geyib şalvarə öyrəndi.
Süründü meynətək əvvəl qızıl qumların üstündə,
Susub
durduqca bağban dırmaşıb talvarə öyrəndi.
Nişanın əsgər oğlandan alıb taxdı menedjerə,
Menedjer qoxladı atdı, o pis yollarə öyrəndi.
Ayaqqabım cırıq, pencək sökük, palto mənə yaddır,
Vəkil
«Passat» sürən gündən bədən astarə öyrəndi.
Bu
odlar yurdum axırda, oyunlar yurduna döndü,
Oyunlar dövr etdikcə, boyunlar darə öyrəndi.
Səsim
Allah rizasıyla şükür ki, xəlqimə çatdı,
Ürəkdə haqq olanlar, haqq olan əşarə öyrəndi.
21
noyabr 1997. Bakı.
Baba aləm Babadır
Atayam həm də Baba, həm babam Adəm babadır,
Babanı sevdi oba, çün Baba aləm Babadır.
Özünün şərhi ilə abi-şoran əhlidir o,
Sözünün zəhri ilə gürzəyə mərhəm Babadır.
Zarafatnan yoğurub xəmrini Allah Babanın,
Xəmiri kündəyə gəlmir gözü çox nəm Babadır.
Onu
zülmətlərə dəvət eləyin Xızr kimi,
Alışıb haqq ilə yansın ki, o bir şəm Babadır.
Babanın ustulu daim qapı ağzında olub,
Qapı
ağzında da olsa, yeri möhkəm Babadır.
10
noyabr 1997, Bakı.
