Baba Pünhan. Acı həqiqət
İt günündə
Dövrə
ümid eylədik, dövran da it günündə,
Alim də
it günündə, nadan da it günündə
Ağ
əllərdə ağ əlcək, o gündən daha əl çək,
Əyində
köhnə pencək, canan da it günündə,
Adam
girir min dona, macal yoxdu şeytana,
Əsir
düşüb insana, şeytan da it günündə.
Əsgərimiz bittənib, nazirimiz əttənib,
Qızlarımız lüttənib, oğlan da it günündə.
Fikir
çapır hər yana, güc verirəm qəlyana,
Qıçım
girir yorğana, yorğan da it günündə.
Atdılar
vətəndaşı, satdılar Vətən daşı,
Qoy
Vətənə başdaşı, ehsan da it günündə.
«Qrad»
kimi od saçır, guya xalqa yol açır,
Gec
tutulur, tez qaçır zindan da it günündə.
Çatdı
xəbər hər yana, tez yığışın meydana,
Baltalandı «topxana» meydan da it günündə.
Ay
Xocalı, Xocalı, uşaqlı həm qocalı,
Qaçmaqa
yox macalı, fərman da it günündə.
Cahan
gedir süquta, Quran yetir sübuta,
Kəfən
baha, su xılta, insan da it günündə.
İtim,
gəl dur önümdə, gəl başına dönüm də,
Sən
Pünhanın günündə, Pünhan da it günündə.
27
aprel 1996, Bakı
Borc içində
Kasıb
da borc içində, kalan da borc içində,
Ölən də
borc içində, qalan da borc içində.
Xəzinələr həmişə ilanlar altda olmuş,
Fəqət,
bu səltənətdə, ilan da borc içində.
Atan
bibindən istər, anan xalandan istər,
Bibin
də borc içində, xalan da borc içində.
Nişan
da borcnan oldu, toyun da borcnan oldu,
Yəqin
olar gələn il, balan da borc içində.
Filan
klana borclu, klan filana borclu,
Filan
oğlu, filan da, klan da borc içində.
Acından
ölməməküçün, gedin yalana doğru,
Bu
məmləkətdə doğru, yalan da borc içində.
Vətən
acdı, vəkil tox, yemək azdı zibil çox,
Zibil
pulun verən yox, dalan da borc içində.
Bü
torpağa imamın ayağı dəydiyiçün,
Bu
torpağı satan da, alan da borc içində.
Əgər bu
canı, Pünhan, Xuda veribsə borca,
Günahı
olmayan da, olan da öorc içində.
11
aprel 1999, Bakı.
Qudurğan
olsa neynərsən?
Acından
millətin bir gün yarımcan olsa, neynərsən?
O can
üstə, sənin ömrün firavan olsa neynərsən?
Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?
Koroğlu
qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?
Vəkil
artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?
Əzilmişdən, üzülmüşdən, əyilmişdən, sökülmüşdən
Döyülmüşdən axan qanlar nahaq qan olsa, neynərsən?
Seçilməkçün düşüb mənzilbəmənzil yalvaran kəslər,
Seçildikdən bir az sonra qudurğan olsa, neynərsən?
Bu mavi
ekranım çox əyrini düz göstərir, billah.
Tutub
usta düzəltdirsəm, düz ekran olsa, neynərsən?
De ki,
Pünhan, zaman dönsə, tutulsa Ay, Günəş sönsə,
Səmadan
Zülfüqar ensə – o dövran olsa, neynərsən?
7 iyul
1998 Bakı.
«Süleümani»
Bu
cahanın işi bitdi – dirilitdi, dirilitdi,
Ölü
lütdü, diri lütdü – dirilitdi, dirilitdi.
Biri
coşdu, biri daşdı, biri qapdı, biri qaçdı,
Biri
məstan, biri itdi – dirilitdi, dirilitdi, lərəlitdi.
Üzü
yumşaq qaloş idi, suya düşdü padoş oldu,
Təzəlikcə qranitdi-dirilitdi-dirilitdi.
Nə
geyirsə o sənindi, nə deyirsə o mənimdi,
Nə
yeyirsə humanitdi – dirilitdi, dirilitdi.
Harın
üçün yüzü azdı, kasıb üçün biri çoxdu,
Görəsən
bu nə limitdi? – dirilitdi, dirilitdi.
Dedi
«urra» uru çıxdı, suya düşdü quru çıxdı,
Quru
üstə yaşı bitdi – dirilitdi, dirilitdi.
Üsul
ilə, üsul itdi, ağın üstə qara sürtdü,
Rejim
indi usilitdi – dirilitdi, dirilitdi.
Baba
Pünhan bir həyatdı, Baba Pünhan zarafatdı,
Sözü
duzlu, özü şitdi – dirilitdi, dirilitdi.
16
Fevral 1998 Bakı.

Ölkə papaqnan doludur
Bu
Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,
Qırağın
«yan»lar alıb, orta qıraqnan doludur.
Kişilərnən dolu olsaydı, əgər ölkə nə qəm,
Kişilər
qeybə çıxıb, ölkə papaqnan doludur.
Elə ki,
xatirə düşdü səni dustaq eləmək,
Maşının
bir də görərsən ki, yaraqnan doludur.
İki-üç
dəfə gedib Məkkəyə, super hacıdır,
Yekə
«İnter şop»u var, polka araqnan doludur.
«Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,
Nə
gözəl ki, Bakı hər cür Qarabaqnan doludur.
Ginekoloqlara pul çatmadığındandı yəqin,
Bu
doğum evlərimiz xəstə uşaqnan doludur.
Boyağın
gördüm üzündə divarım düşdü yada,
Dedim
əxlaqı da yəqin ki, boyaqnan doludur.
Bir
buruq ustasının yatmağa yoxsa yatağı,
Nə
yazırlar ki, bütün ölkə yataqnan doludur?
Bakının
«bardaq»ına çox hacıleylək yığışıb,
Hacıleyləklər üçün bardağı yağnan doludur.
Kiçilən
Azərbaycana böyük don tikilir,
Üzü
güllü, içi də milli yamaqnan doludur.
Vətən
əldən gedəni Pünhana dağlar çəkilib,
Dedilər, bəxtəvərin dövrəsi dağnan doludur.
26
avqust 1999, Bakı.
Mini-mini
Torpağımın həm uzunu, eni mini,
Kim-kimi mindi, o çapır mini-mini.
Molla
da Quranı edir ixtisar,
Fatihəni həm də ki, «Ya Sin»i mini.
Şərt
odur ki, birinə biri minə,
Dərd
odur ki, birinə mini mini.
Atəşi
kəsmiş dığalar tankdadır,
Bizdəki
bəylər, ağalar cini mini.
Ağzımızın şorpası şorr eyləyir,
Əndamıyanmış ki, keçir tini mini.
«Cippi»
yekə «bibbi» yekə, «şin» yekə,
Bircə
«Zapı»m yoxdu ola şini mini.
Yaydı
xristianlığı bu şəhrdə,
Eylədi
qəbul hələlik dini mini.
Pünhanın həşdad dedilər yaşına,
Saqqalı
ağdır, ama ki, sini mini.
22
oktyabr 1977, Bakı.
Kilkə
Bir
sümük, bir dəri olsan da qədimdən, kilkə,
Bu
çətin gündə mənim tutdun əlimdən, kilkə.
Evdə
səndən savayı heç nə tapılmaz, əsla,
Olmasaydın, utanardım tifilimdən, kilkə.
Gəl
qızardım səni, ey balıği-nazikbədənim,
İncəsən
valla, mənim incə gülümdən, kilkə.
Sən,
həm insana xeyirsən, həm də heyvanə,
Çünki
itlər də yeyirlər zibilimdən, kilkə.
Bu
çətin gündə sənin, qiymətinə qurban olum,
Bahalaşma, mən ölüm, vurma belimdən, kilkə,
Yüksələrdi .öyə, bil, ahu-fəqanım ətsiz,
Məni
qurtarmısan axır ki, zülümdən, kilkə.
Balamın
həm yeməyi, həm də ki, iqruşkasısan,
Keçirib
sapdan asır düz kəkilimdən, kilkə.
Demişəm
körpələrə evdə «asatrinsən» sən,
Tutmuşam guya səni Kaspi gölümdən, kilkə.
Səni
tərifləmişəm burnu uzun naqqallara,
Suya
girsəm tutacaq naqqa, dilimdən kilkə.
Baxma
ki, böylə cılızsan, sənin o kəskin iyin,
Getməyir heç paraşoknan mitilimdən kilkə.
Pünhanam, ölsəm əgər məclisimə, kilkə verin,
Olsa da
şairə bu, ağır ölümdən, kilkə.
5 may
1996. Bakı.
Oruc tutmuşam
Bir
gözələ baxmaram, gözdən oruc tutmuşam,
Şimşək
olub çaxmaram, sözdən oruc tutmuşam.
Ömr
deyil, qövrdür, dövr deyil çövrdür,
Dövr
yalan dövrüdür, düzdən oruc tutmuşam.
Bayrağımız yüksəlib, ərşü səmanı dəlib,
Ta bu
hökumət gəlib, həzzdən oruc tutmuşam.
Növbəyə
dursun bəşər, tövbəyə gəlsin bəşər
Hamı
desin sərbəsər, tezdən oruc tutmuşam.
Bilməmişəm dizlərim səcdələr üçün imiş,
Nazirimə çökdüyüm, dizdən oruc tutmuşam.
Xalq
üzünə baxmağa, üzdə üzüm qalmayıb,
Ustulu
tərk etmişəm, mizdən oruc tutmuşam.
Könlünü
satdın baha, Pünhanı saldın aha,
Mən
sizə gəlməm daha, sizdən oruc tutmuşam.
8
1anvar 1997. Bakı.
Aclığa qurban gedirik
Hələlik, düzlük adıynan, düzülüb yan gedirik,
Gedirik, əzm ilə biz, aclığa qurban gedirik.
Leninin
şalbanını hamı çiyinlərdən atıb,
Çoxunun
yox xəbəri, bizdədi şalban, gedirik.
Qarnımız olsa da ac, üst-başımız göz çıxarır,
Keçirib
əynimizə laykanı forsnan, gedirik.
Qələt
eylər, bizi tək alman, amerikan geyinər,
«Cins»imizdən bilinir ki köləyik, xan gedirik.
De
görüm, hansı köpək oğlu bizə yardım edər?
Bu
çətin vaxtda minib, «Cip» ilə «Nissan» gedirik.
Çoxu
min tənə edir yubkələrin razrezinə,
Bilməyir dalda cırıqnan yolu asan gedirik.
Kazinolarda, kafelərdə qumar oynayırıq,
Bizə
kim dollar atır, biz ona «şirvan» gedirik.
«Canı
canan diləmiş, verməmək olmaz, ey dil»,
Leyk
biz cangüdənik, cana verib van gedirik.
Bizə
«Azadlığı» çox gördü bu azadlığımız.
Sulayıb
indi Baba, bir təzə meydan gedirik.
30
sentyabr 1997. Bakı.
Kişi yox?!
Kişi
var ki, kişidir, amma kişiynən işi yox,
Kişi
var, nakişidir, amma deyir ki, kişi yox.
Kişi
var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi
var, ağzı bütövdür, ama bir cüt dişi yox.
Kişi
var, pullu işi, yaxşı dişi, gözdə şişi,
Kişi
var, qəlbi kabab, manqalı qüssə, şişi yox.
Kişi
var, arvadının xeyli vişindən buraxıb,
Kişi
var, arvadının dövri-qədimdən vişi yox.
Kişi
var, Azərbaycanda beşindən biridir,
Kişi
vardır ki, evində biri vardır, beşi yox.
O qədim
Ankarada Pünhana erkək dedilər,
«Kişi»
bizlərdə imiş, sən demə, türkdə «kişi» yox.
20
sentyabr 1998. Bakı.
Rentgen əməliyyatı
Milləti
rentgen eləyib dövrümüz,
İç-çalatı, sən demə bərbad çıxıb.
Üzdə
yaşıl-göydü bizim rəngimiz,
İçdə bu
rənglər çoxuna yad çıxıb.
Rentgenə girdi kişilər birbəbir,
Yarı
kişi, yarı da arvad çıxıb.
Zatına
aşkar qatılıb, zad olub.
Ermənidən azəri övlad çıxıb.
Almasa
da, boynuna xainliyin,
Girdə
peçatnan bu da isbat çıxıb.
Pullu
adamlar üzə üz çəkdirib,
Üstü
ipək, astarı asfalt çıxıb.
Başları
pambıqla kəsən kəslərin,
Şümr,
Yəzid tək adı cəllad çıxıb.
Əhli-Əcəm, əhli-Acam oldu gəl,
Əhli-qəzet aclığa podryad çıxıb.
«Məhkəməsenzurqazamatkomtrest»,
Bax,
belə bir adla təzə zad çıxıb.
Məhkəmələr çox adama iş verib,
Şükr
ola işsizlərə imdad çıxıb.
AzTB-l-dən ucalan şən gülüş,
Bəs
ATS-də niyə fəryad çıxıb.
Cəhd
elədi gizlədə yaltaqlığın,
Amma
ki, rentgendə bu üçqat çıxıb.
Fitnə-fəsaddan bu cahan çatlayıb,
Bax, o
da Pünhan kimi infakt çıxıb.
20
aprel 1998. Bakı.

Dollar məni dingildədir
Həm
vəkil, həm nazirəm, dollar məni dingildədir,
Milli
Məclisdən keçən yollar məni dingildədir.
Qatmışam qatdırmışam, reklam edib satdırmışam,
Litrəsi
üç-dörd minə «şollar» məni dingildədir.
Çoxların billah, gedər-gəlməz yola göndərmişəm,
Qandala
çəkdirdiyim qollar məni dingildədir.
Xaş-xaşın əla növün parniklərə səpdirmişəm,
«Tuz»ları məst eyləyən kollar məni dingildədir.
Mersedes-Bens ilə Mazda, Linkoln, Passat, Fiat,
Əyri
yolnan düz gedən rullar məni dingildədir
Daq
satıb yallanmışam, bağlar alıb bağlanmışam,
Bağlarımda tər tökən qullar məni dingildədir.
Marketin «Super»ləri, İnter «Şop»un ceyranları,
Bir də
ərsiz pullular, dullar məni dingildədir.
Mülkümün gözlər çıxardan bir-bəzəkli damları,
Parketi
par-par yanan pollar məni dingildədir.
Kim
desə, Pünhan, inanma guya ki, bir üzlüyəm,
Gündə
yüz yol girdiyim rollar məni dingildədir.
3 aprel
1999. Bakı.
Yurda-burda
Qonaq
gəlib qonaqdı yurda-burda,
Nə
tazə, nə yamaqdı yurda-burda.
Ya şər
içindədir, ya da dilənçi,
O
kəslər ki, çıraqdı yurda-burda.
Hüzn
yox isə qaçqının üzündə,
Bu özgə
bir maraqdı yurda-burda.
Uzaqdadır yaxındı yurda orda,
Yaxındadır uzaqdı yurda-burda.
Gəlib
bu bağların külün aparsın,
Yaman
biçir oraqdı yurda-burda.
Yağım
yeyib yatır qara kürümdən,
Fəqət,
kürüm yasaqdı yurda-burda.
O qız
ki, namusun satır Dubayda,
O
qızcıqaz uşaqdı yurda-burda.
Soyuq
silah olub Baba nə vaxtdır,
Yaman
kəsir bıçaqdı yurda-burda.
16
oktyabr 1997. Bakı.
Qalacaq izim, Əzizim!
Qarışıb
bu məmləkətdə, yalanım düzüm, Əzizim,
Utanır
üzüm deməkdən, Qarabağ bizim, Əzizim,
O əsir
qızın sədası, bu yetim qızın zinası,
Çalınır
«gəlin havası», necə mən dözüm, Əzizim,
Fasonu,
vidi Koroğlu, özü «milli koppoyoğlu»,
Çeçenin
yanında vallah, qaradır üzüm, Əzizim.
Sağıma
bina salıblar, solumu tamam alıblar,
Bir ona
qalıb əlacım, havada gəzim, Əzizim.
Bura
qaçmışam yağımdan, dağılıb sinəm daqımdan,
Camaat
bezən canımdan, qaçıram özüm, Əzizim.
Əyilib
«ruku» edəndə, düzəlib «qunut» tutanda,
Möhürü
öpəndə haqqa, sürünür dizim, Əzizim.
Baba
Pünhan haqqı yazdı, sənsə bu haqqı yaydın,
Qalacaq
səninlə bircə, qalacaq izim, Əzizim!
11
yanvar 1999. Bakı.
Canım otpuskadadır
Yetmişəm vəslə, könül, hicranım otpuskadadır,
Özüm
otpuskadayam, həm xanım otpuskadadır.
Dedi
otpuska pulu qaldı ilin axırına,
Tək
özüm yox, demə həm «şirvanım» otpuskadadır.
Yalvarıb ruzim üçün göylərə tutdum üzümü,
Susdu
göylər də, yəqin Sübhanım otpuskadadır.
Fələyin
doqquzu birdən-birə döndərdi üzün,
Sırıdı
dərdi mənə, dərmanım otpuskadadır.
Uzun
illər bu ürək sirrimi pünhan elədim,
İndi
aşkar deyirəm, pünhanım otpuskadadır.
Gözləməzdim ki, inan düşmənimin eylədiyin,
Eləyər
dost mənə, ta düşmanım otpuskadadır.
Pünhanam, həqq dilimdən süzülüb çıxdı canım,
Şükr
ola, indi ömürlük canım otpuskadadır.
22
avqust 1997. Bakı.
Səs elə, səslə məni
Bu
payız seçkidir, ey kəs, səs elə, səslə məni,
Tələsib
mənsəb üçün əs, səs elə, səslə məni.
Kimi
sahildə butulka, kimi boş banka yığır,
Sən də
düş qaplara yığ səs, səs elə, səslə məni.
Demişəm
dövlət üçün bəsdi ilantək mələdin,
Dedi
etməz mənə bu bəs, səs elə, səslə məni.
Quzular
qurdlara, vallah, səsi dinməz verəcək,
Dinənin
də yeri məhbəs, səs elə, səslə məni.
İşimiz
tutsa qatıq, tutmasa ayran içərik,
Niyə
lazımdı düşək pəs, səs elə, səslə məni.
Gələcək
əsrimizə Sahib İmam Məhdi gədir,
Hələlik
işlərimiz nəhs, səs elə, səslə məni.
Bu
vəziyyət dəxi cinləndirəcəkdir fələyi,
Dönəcək
çərxi onun tərs, səs elə, səslə məni.
Belədir
bu, belə olmuş, belə daim olacaq,
Bizə
keçmişdir İliç dərs, səs elə, səslə məni.
Belə
söz var Bakıya cani Köçəryan gələcək,
Qulağından yapışıb kəs, səs elə, səslə məni.
Başımın
üstə Xuda, əldə Quran, dildə Əli,
O
hayes, mən də ki, «Türkəs», səs elə, səslə məni.
Babanın
bürcünü vallahi, bilənlər bilirəm,
Baba
ilə eləməz bəhs, səs elə, səslə məni.
11
avqust 1998. Bakı.
Dilənçi cocuq
Dilən
şəhərdə, ey cocuq, dilən, əl aç cocuq kimi,
Yanaş,
o varlı oğlana, yanaqları totuq kimi.
Əl
açginən vəkillərə, susub duran şəkillərə,
Havaya
qalxan əllərə, uzat əlin çubuq kimi.
Tapançası belindədir, söyüşləri dilindədir,
Dubinkası əlindədir, döyər səni qoduq kimi.
Gözünlə
ye, o vitrini, çörəklərin al ətrini,
Götürmə
isti bulkini, burar səni buruq kimi
Atan
şəhiddi bilməyir, anan əlildi bilməyir,
Bacın
zəlildi bilməyir, tanır səni şuluq kimi.
Əl açma
fors edən qıza, çətin sənə o pul qıza,
O qız
hələ gedir duza, dodaqları moruq kimi.
Baba
onun babasıdır, onunçün ac qalasıdır,
O bir
şəhid balasıdır, hüququ yox hüquq kimi.
2
oktyabr 1997. Bakı.

Badi-səbadan qeyri
Bizdə
hər şey satılır, bircə həvadan qeyri,
Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Nikolaydan nə ki, qalmışdı, təmamən tükənib,
Kasıbın
heç nəyi yox, indi tavadan qeyri.
Türk
vurduqca bizə, «pak-maya»nı paklanırıq,
Bizdə
hər bir maya var, yerli mayadan qeyri.
Elə bil
ki, anadan «ustul»un üstündə olub,
Tüpürür
hər şeyə şöhrətlə paradan qeyri.
Dərəni,
dağı alıb, kəndimi həm bağı alıb,
Mənə
bağdan nə qalıb, abi-qoradan qeyri.
Bir
fəqirəm ki, qapım kimsələr açmaz, bunu bil,
O «Xlor
bacı» ilə badi-səbadan qeyri.
Babadan
bərk yapışın, yoxsa qalarsız Babasız,
Sizə
kim həsr eləyər, şer Babadan qeyri.
12
noyabr 1997. Bakı.
Əzrailə satdım
Dəryaları aldım, xəbərin qafilə satdım,
Ləlin
çıxarıb, dalğaların sahilə satdım.
Səbrim
sona yetdi, «O səda» gəlmədi göydən,
Axırda
mən öz Surumu İsrafilə satdım.
Bir can
mənə qalmışdı miras lütfi-Xudadan,
Bir
parça çörəkçün onu Əzrailə satdım.
Ahımda
Segah inlədi, gah Şuru Çahargah,
Hər
ahımı od qiymətinə Habilə satdım.
Qısqandı gözüm yaşına ümman quruduqca,
Rəhm
eylədim ümmanə gözümdən gilə satdım.
Bir
yaxşılıq etdimsə, onu faş elədim tez,
Yəni
ki, səvab bir əməli, batilə satdım.
Eyhamlı
sözümdən doğular bir neçə məna,
Eyhamımı sərraflara hamilə satdım.
Qabil
kimi, qardaş qanı tökdüm, öz əlimlə,
Qardaş
meyidin, «göy katıza» qatilə satdım.
Bir
pullu Əbu-Cəhl gəlib çıxdı ərəbdən,
Öz
doğma atam mülkünü, ol cahilə satdım.
Bu dəhr
bazarında ömür yaxşı gedirmiş.
Pünhan,
o səbəbdən onu ildən ilə satdım.
26 iyun
1998. Bakı.
Can yadımızdan çıxıb
Uymuşuq
atəşkəsə, qan yadımızdan çıxıb,
Sübhü
sökülmüş qalan, dan yadımızdan çıxıb.
Bic –
metalın həsrəti, gic – medalın həsrəti,
Şöhrətə
yüksəlmişik, şan yadımızdan çıxıb.
Gör
neçə illərdi ki, pullu kreslolara,
Yanımızı basmışıq, «yae» yadımızdan çıxıb.
Bircə
işarəylə biz, daima nankorları,
Korlara
seçdirmişik, nan yadımızdan çıxıb.
Ordakı
xan kəndidi, burdakı baş kəndimiz,
Başa
ayaq qoymuşuq, xan yadımızdan çıxıb.
Pünhanı
da satmışıq, aşkarı da satmışıq,
Bircə
pula getməyən, can yadımızdan çıxıb.
9
oktyabr 1999. Bakı.
Olacaq modda Baba
Alışıb
yandı Bakı, odlu olan yurdda Baba,
Maaş al
gir bazara, çıx özünü odda Baba.
Bakının
cazibəsindən çıxa bilmir hər adam,
Bakı
tilsimli şəhər, bənzəri Bermudda Baba.
Qədim
odlar diyarında yeni qurdlar dolanır,
Dağıdıb, parçalamaq xisləti var qurdda, Baba!
Kareni,
çəkdi xəcalət evə dəvət eləsin,
Görüşüb
vurdu onunla meyi Minvodda Baba.
Bakı
Bermud yox əzizim, şirin armuddu demə,
Ayının
min oyunu xətm olur armudda Baba.
Gecə
qızlar onu barlarda əsir etsə də, heç
Yadına
düşmür əsir arvadı Hadrudda Baba.
ANS
-dən dediyin kəlmə kəsibdir çoxunu,
Qan
axıb söz yarasından, sözünü yodda Baba.
Bəşərin
titrəməsi, çökməsi «Sur»un xalıdır,
Hələlik
məşq edir İsrafil onu udda, Baba.
Bu
cahan haqqı tapınca hələ çox fırlanacaq,
Bu
məkan haqqa çatınca olacaq modda Baba.
Zamanın
Sahibi hökmün oxuyan gün Yezidə,
Kaş
olaydım Zamanın şahidi tək sudda Baba.
Bu elin
dərdi, əzabı Baba Pünhanı yorub,
Belə
getsə alacaq dincini tabutda Baba.
2 iyun
1997. Bakı.
Zəhr dilindən bal apar
Sözümü
salma yerə, çıxdı dilimdən al apar,
Bulud
ol, yağdır onu, çör-çöpü üzdən lal apar.
Bəhərin
kalı dəyər, kal adamın halı fəna
Ki,
onun dəyməyini gözləmə, yarəb, kal apar.
Bilməyirsənmi acından səsi çıxmır bu elin,
Bacarırsansa çalış sən də yeşikdən xal apar.
Fəqirin
düş canına, gizlicə yan al yanına,
Cibinə
nəşəni bas, düş bu xəyala dal apar.
Xanımın
şalvaruvu geydi, yol açdı Dubaya,
Başuva
bağlamaq üçün, xanımından şal apar.
Vətənim
də, bədənim də, belə qurbandı Cona,
Demişəm
yüz yol ona, gəl yaşa bizdə, qal apar.
Dəvə
nalbəndə baxan tək, nə baxırsan üzümə?
Atovun
dalına mindin, gəl atonçun nal apar.
Bu
müsəlmançılığı pozma, qısa saçlar ilə,
Hörük
istərsən əgər, yallı atımdan yol apar.
Arımı,
qeyrətimi indicə satdım, mən ölüm!
Paqonum
qaldı, onu, torbaya bir şey sal apar.
Vətənim
varlı gəlin, cer-cehizi qarə qızıl,
Pulunu
nəqd elə, gəl «Vağzalı» üstə çal apar.
Acı
dərmantək, acı söz də sağaldar adamı,
Pünhanın haqqı deyən, zəhr dilindən bal apar.
25 iyul
1998, Bakı.
Eşşək yerinə
Neçə
ildir başıma turp əkilir, lək yerinə,
Dəyişib
indi zamar, turpu çıxart ək yerinə,
Alınan
borcları qaytarmağa ümmid azalıb,
Bu
səbəbdən, soracaqlar, bizi əmcək yerinə.
Satılan
əcnəbiyə, bir də qayıtmaz geriyə,
Satılıb, çünki gözəl tavusu ördək yerinə.
Pula
bax, puldara bax, hökmü rəvan quldara bax,
İki
«şirvan»ə məni işlədir eşşək yerinə.
Paqonun
ulduzu bu çiynimə «göy»dən tökülür,
Basıram
zindana, vallahi, cütü tək yerinə.
Gecə,
barlarda o ürkək maralın «qanı» axır,
Nə
edərsən, de, qızın olsa o ürkək yerinə?
Qırılan
bir ağaca, milli vəkil qeyzlənir,
Söz
güzarana gələndə, düşür əsnək yerinə.
Qoca
gördüm ki, kəfən aldı təqaüd puluna,
Can
çıxınca, səriməkçün onu köynək yerinə.
Toxun,
acdan xəbəri onda olar ki, bunu bil,
Taxıla,
gərçi bəsirət gözü eynək yerinə.
Ötürüb,
arvadı İstanbula, dolları güdür,
Keçirib
darbalaqın başına, örpək yerinə.
Kimisi,
öz itinə kolbasa, kotlet yedirir,
Kimi
cizlində jımıx çeynəyir, əppək yerinə.
Hanı,
ey milli vəkil, dil-dil ötən tuti dilin.
Özünü
qoymaginən bir belə pəltək yerinə.
Kiminin
bardağı dopdolu, kimin nimçəsi boş,
Tülkü
bardağa düşübdür, hacıleylək yerinə.
Güzdəyin daşı çatınca Bakıya, mülkə dönür,
Daşınan
daş, oturub ağladı Güzdək yerinə.
Bu elin
müəllimi kimdir, bizə məlum eləmir,
Yeridir
xalqa krasvordları məslək yerinə.
Ya İmam
Məhdini göndər ki, zülüm həddin aşır,
Ya
tamam milləti qır, məhv elə, milçək yerinə.
Sözünü
ciddi deyən, «ciddi rejim»nən yaşayar,
Zarafatcıl Babasan, get yaşa təlxək yerinə.
21
oktyabr 1997, Bakı.
Yoxsul üz üstündə gedir
El
acından qırılır, dava miz üstündə gedir,
Hərə,
bir yana çəkir, yoxsul üz üstündə gedir.
Neçə
ildir seçirik, göz daha seçmir, kor olub,
Kor
olanlar da ki, əvvəlki iz üstündə gedir.
Nə
yazırsan, gözüm üstə, ver onu nəşr eləyim,
Gözüm
üstə deyirəm, çünki göz üstündə gedir.
O qədər
vədi şirindir ki, tutulmuş şəkərə,
İşinin
xatirinə halva söz üstündə gedir.
Palan
üstündə olanlar seçib öz seçdiyini
Palan
altında qalanlarsa biz üstündə gedir.
Afiristlər özünü güclü fiqur saydıqca,
Füquristlər çoxalır, «qonka» buz üstündə gedir.
Özü
dəyməz qəpiyə, qul bazarından qul alır,
«Aparat» zənginə əmma ki, diz üstündə gedir.
O bir
Allahın adından biri pünhandı bizə,
Zamanın
Sahibinini ismi yüz üstündə gedir.
Payızın
şimşəyi Pünhanda çaxar, tufan olar,
Hələ
pünhan buludum göy dəniz üstündə gedir.
8
sentyabr 1999. Bakı.