Babaların ən Pünhanı
B.Pünhanın
həyatının xronologiyası
Zəmanimizin
satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı
şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99
saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il
Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib,
avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb.
1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini
başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk
vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il
müddətində həmin yerdə işləyib.
1972-ci ildə
evləntb. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn
iki nəvəsi üçün həqiqi mənada baba olub.
Baba Pünhan ilk
qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm
formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb
yaratmışdır.
1990-cı illərdə
lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb.
Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir.
2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525”,
“İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”,
“Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”,
“Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində
“Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.
1998-ci il
“21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel
ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие”
Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun
qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.
1995-ci ildə
Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.
1996-cı il
“Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən,
Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb.
1997-ci il fevral ayında “Məşhəd” ziyarətinə gedib.
1998-ci il
noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il
Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə
“Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət
yaradıb.
3 noyabr 2000-ci
ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.
2000-ci ildə
“Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr
ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ
tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc
ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində
cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt
olub.)
2002-ci ilin
avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub.
2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına
nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini
görüb.
2004 aprel
ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat”
aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma”
vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb.
Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən
imtina edib.