Layihə haqqında
Bu səhifəni yaratmaqla biz qismən də olsa Haqq şairi Baba Pünhan sözünün daim
diri qalmasına çalışmışıq. Vətən yanğısı, millət dərdi, Allah məhəbbətilə
döyünən şairin böyük ürəyi artıq vurmasada... çox şükürlər ki, bunlar
şairin şerlərində yaşayır və nəqədər ki, Azərbaycan xalqı var - yaşayacaq! Biz
buna əminik!
20-ci əsrin əvvələrində bizə böyük Sabiri ərmağan edən Qadir Allah,
100 il sonra Azərbaycan xalqına Baba Pünhanı lütf ilə tövhə etdi... İllər
ötəcək və şairin əsərlərini tədqiq edəcək ədəbiyyatçılar Baba Pünhan fenomenin
qarşısında heyrətə gələcəklər! Ömrünün son 5 ilində ilk şerlərini yazmağa
başlayan Baba Pünhan sözü, poeziya zirvəsinin görünən zirvəsini fəth edərək, onun
üzərində yüksəlmişdir...
Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Qarabağla bağlı bu misralar Baba Pünhanın əsl vətəndaş mövqeyini göstərir və
onun yaradıcılığının ana xəttini təşkil edir. İndi haqq dünyasında olan
şairimizin sözləri Azərbaycan vətənpərvərləri üçün müqəddəs bir bayrağa
çevrilmişdir!
Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!
Xalqını insanlığın uca zirvəsində görmək arzusu ilə yaşayan şairin bu sualı
bütün millətə yönəlib və düşünürik ki, bu sözlər bizim ömrümüzün axırına qədər
vicdanlarımızı nəzarətdə saxlayıb onların yuxuya getməsinə imkan
verməyəcəkdir...
Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,
Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,
Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.
¯ ¯ ¯
Rəhim Allahdan, Azərbaycanın Vətəndaş Şairi - Baba Pünhana rəhmət
diləyirik!
Qəbrin nurla dolsun ey Haqq Şairi!

11 noyabr 2005