|
.:. Baba Pünhan - Vətəndaş Şair.:.
 |
Bu
səhifəni yaratmaqla biz qismən də olsa Haqq şairi Baba Pünhan sözünün
daim diri qalmasına çalışmışıq. Vətən yanğısı, millət dərdi, Allah
məhəbbətilə döyünən şairin böyük ürəyi artıq vurmasada...
 |
 |
Baba Pünhan
"Günəbaxan" adamdır. Adam var ayağa baxır, adam var ələ baxır, adam da
var başa... Bu kişi günə baxır. Və baxdığını görür... Bu dünyada
baxdığını görməkdən pis heç nə yoxdur. Bunu mən bilirəm...
 |
|
|
Bakının dərdi var
Bakının dərdi var
Yorğundur, yatmayır haçandan
Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.
Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb
gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir
həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı
xəstədir.
O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin
dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.
Sən ey "Qız qalası" qalasan
hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.
|
 |
|